KÖŞƏ

Sevinc Azadi

Erməni ailələri Qarabağdan kütləvi şəkildə köç etməyə başlayıb

22 yanvar 2020 10:41
1458

Azərbaycanın işğal altındakı torpaqlarında yaşayan ermənilər arasında doğum səviyyəsi ildən-ilə azalır, bölgəni tərk edənlərin sayı isə durmadan artır. Vəziyyətin ağırlığını, demoqrafik böhranın miqyasını  işğal altındakı ərazilərdə yaradılmış qondarma “Qarabağ Respublikası”nın “dövlət struktur”ları da təsdiqləməyə məcbur olub. Belə ki, 2019-cu ilin yekunlarına görə Qarabağda 2119 körpə doğulub. Bu göstərici 2006-cı ildən bəri Dağlıq Qarabağda qeydə alınan ən aşağı doğum faizidir. Beləliklə, 2019-cu ildə Azərbaycanın işğal altındakı torpaqlarında son 14 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb. Amma rəsmi Yerevanın dəstək verdiyi Qarabağa separatçılarının problemi bununla bitmir. Belə ki, ötən il işğal altındakı ərazilərə 560 nəfər köçürülsə də, 747 nəfər də bölgəni həmişəlik tərk edib. Bununla da, mənfi miqrasiya saldosu 187 nəfər təşkil edib.

Doğum göstəricilərinin geriləməsi, Qarabağı tərk edənlərin sayının artması ilə paralel, bağlanan hər 4 nikahdan biri boşanma ilə nəticələnib. 2019-cu ildə nikah bağlansa da, 207 boşanma faktı da qeyə alınıb. Ağır yaşayış şərtləri, infrastukturun olmaması, beynəlxalq təcrid, cüzi maaşlar, ərzaq məhsullarının bahalığı, yerli idarəetmə sistemində korrupsiya və süründürməçilik, ayrı-ayrı komandirlərin özbaşınalığı, Azərbaycanın hər an torpaqlarını azad etmək üçün hərbi güc tətbiq etməsi qorxusu bu böhranın əsas səbəbləri sırasındadır.

Beləliklə, Azərbaycanın işğal altındakı torpaqlarında möhkəmlənməyə çalışan rəsmi Yerevan 2019-cu ildə sosial-demoqrafik sahədə ciddi geriləmə yaşayıb. Hətta, yerli statistika belə, böhranın miqyasını kiçiltməyə çalışsa da, Qarabağ ermənilərinin artıq bu torpaqlarla bağlı plan qurmadıqları, gələcəklərini Ermənistan və xarici ölkələrdə gördüyünü tam çılpaqlığı ilə əks etdirir.

Xatırladaq ki, Ermənistan Dağlıq Qarabağda ermənilərin məskunlaşması ilə bağlı ilk cəhdə 1998-ci ildən başlayıb. Ümumilikdə götürəndə köç siyasəti aşağıdakı illərdə daha intensiv xarakterli olub. 1998-2000, 2005-2006, 2011-2012-ci illər. İlk mərhələdə, yəni 1998-ci ildə Ermənistan bu məsələdə uğur qazandığını düşündü. Çünki Dağlıq Qarabağda yaşamaq üçün Ermənistan hakimiyyəti ermənilərə maraqlı təkliflər verdilər.Təkliflər bunlar idi: Dağlıq Qarabağda yaşamaq istəyən erməni ailələri pulsuz evlə təmin edilir, təssərüfat qurmaq üçün onlara faizsiz kreditlər verilir, gənclərə isə evlənmək üçün əlavə pul hədiyyə edilir və gənc ailələr əsasən Xankəndində yerləşdirilir. Bu təkliflər elan olunandan sonra yüzlərlə ailə Dağlıq Qarabağa köç etdi. Amma bu köç bir ildən də az bir vaxtda tam iflasa uğradı. Köç edən ailələr əslində aldadıldıqlarını gördülər və buna görə yenidən geriyə və ya Rusiyaya köç etdilər. Bundan sonra bir müddət köç siyasəti donduruldu. Nəhayət, 2005-ci ildə yenidən kompaniyaya start verildi. Bu dəfə bəyan edildi ki, artıq Dağlıq Qarabağa kifayət qədər investisiya qoyulub, infrastruktur formalaşdırılıb və yaşayış üçün maksimal şərait var. Bu dəfədə bir neçə yüz ailəni aldada bildilər. Amma aydın oldu ki, Dağlıq Qarabağda da quldur bir rejim yaradılıb və demək olar ki, burda yaşamaq sadəcə olaraq mümkünsüzdür. Beləcə köç edənlər müxtəlif yollarla geri qayıtmağa çalışdılar. Amma bu dəfə həm də aydın oldu ki, Dağlıq Qarabağda qeydiyyatda olan erməni ailələrinin geri qayıtması yasaqlanıb. Beləliklə, Ermənistanın Dağlıq Qarabağa kütləvi köç təşkil etmə istəyi alınmadı. Nəhayət,  Ermənistan yenə də bu işə əl qoydu. İstər Ermənistan vətəndaşlarına, istərsə də Rusiyada yaşayan ermənilərə yenə çağırışlar edildi. Bu dəfə bəyan edildi ki, Dağlıq Qarabağa köç edən ailələrə kifayət qədər maddi yardım veriləcək və bu yardım xaricdə yaşayan erməni milyarderlər tərəfindən təmin olunacaq. Bu çağırış da kifayət qədər maraqlı effekt verdi. Amma kütləvilik daha olmadı. İndi isə Suriyada, Livanda yaşayan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi üçün cəhdlər edilir. Amma müşahidəçilər bildirir ki, Dağlıq Qarabağa göndərilən erməni ailələri iki aydan çox orda qalmır və ərazidən köçürlər. Yəni müvəqqəti olaraq Dağlıq Qarabağda məskunlaşmağa da razı olmurlar. Bundan başqa hazırda Ermənistanda yeni bir ciddi problem ortaya çıxıb. Bu dəfə aydın oldu ki, Azərbaycanla sərhəd bölgələrində yaşayan erməni ailələri köç etməyə başlayıb. Düzdür, həmin şəxslərin Yerevana və digər şəhərlərə köç etmələri qeyri-rəsmi şəkildə yasaqlanıb. Buna baxmayaraq bu ailələr əsasən Gürcüstana köç edirlər. Nəticədə Azərbaycanla sərhəd bölgələrində ciddi boşalma müşahidə olunmağa başlayıb. Sonuncu atəşkəs pozulmalarından sonra isə bu proses daha da sürətlənib. Bunun nəticəsidir ki, Ermənistan əhalisinin 40 faizi hazırda ölkəsində yaşamır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?