KÖŞƏ

Vəli İlyasov

Erməni hərbi ekspertin etirafı:  Azərbaycan bizdən güclüdür

06 noyabr 2019 19:14
141

“Bu gün müdafiə sənayesi Ermənistanın ən zəif yeridir və bu sahədə ciddi boşluqlar mövcuddur”. Erməni hərbi ekspert Qraç Petrosyan mətbuata verdiyi açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Ermənistanın müdafiə sənayesi hələ də yoxdur: “Lakin bu haqda danışmaq istəmirlər və daim hərbi sirr olduğunu vurğulamaqla ictimaiyyətdən gizlədirlər. Əgər hansısa Rusiya şirkəti gəlib Ermənistanda Kalaşnikov avtomatları istehsal edirsə, bu, bizim hərbi sənayemiz deyil. Bizdə zavodlar var, hansı ki, avadanlıqların təmirini həyata keçirir. Sovet vaxtlarında mövcud olan zavodlar da sıradan çıxıb. Ordu üçün heç bir ciddi istehsal yoxdur”.

Erməni hərbi ekspert Azərbaycanın silah istehsalını nümunə göstərib. “Azərbaycanın müdafiə sənayesi güclənir, həmçinin Türkiyə ilə birgə hərbi zavodları var. İsraildən, Pakistandan, Belarusdan, Rusiyadan və digər ölkələrdən müasir silahlar alırlar. Onlar beynəlxalq sərgilərdə öz istehsalları olan bir neçə yüz növ hərbi avadanlıqlarını sərgiləyirlər. O haqda düşünməliyik ki, Azərbaycanın müdafiə sənayesinin inkişafı fonunda biz nə edirik?!”, - deyə o, təşvişlə bildirib.

Qraç Petrosyan qeyd edib ki, Azərbaycan mümkün qədər qısa müddətdə ərazilərini qaytarmaq üçün çalışır və hərbi xərclərin artırılmasından tutmuş, müdafiə sənayesinin inkişafına qədər bir sıra istiqamətlərdə atılan addımlar buna hesablanıb.

Əlbəttə, hərbi sənayemizin fəaliyyəti düşməni ciddi narahat edir, çünki ölkəmizin hərbi hazırlığının əhatə dairəsi daha genişdir. Bizim hərbi sənayemiz artıq uzun illərdir ki, işləyir və orada müxtəlif silah-sursatlar istehsal olunur. Öz ordumuzu təmin etməklə bərabər hərbi tərəfdaşlarımıza da silah-sursat satırıq. Azərbaycanda istehsal edilən üstün keyfiyyətlərə malik silahlar həvəslə alınır. Zenit-raket komplekslərini, təyyarələri, helikopterləri, uçan kəşfiyyat aparatlarını, zirehli texnikanı, ballistik raketləri, uzaqvuran topları və s. xaricdən alırıq. Bu sarıdan Ermənistan ordusu ilə Azərbaycan Ordusunu müqayisə etmək belə düzgün olmaz. Ermənistanda silah zavodları yoxdur. Ölkə daim iqtisadi böhran içərisində yaşadığından və başqa ölkənin vassalı olduğundan müstəqil hərbi sənaye təşkil edə bilmir. Xalqını yarıac-yarıtox dolandıran Ermənistan xaricdən müasir silahlar və hərbi texnika almaq imkanından da məhrumdur. Ermənistan ordusunun arsenalı əsasən köhnəlmiş sovet silahlarından ibarətdir. Ermənistan ordusunun silahları ilə Azərbaycan Ordusunun silahları keyfiyyətcə biri-birindən kəskin fərqlənir. Ordumuzun silahları müasir və daha böyük dağıdıcı gücə malikdir. Hərbi əməliyyatlar başlasa, Ermənistanın hərbi gücləri Azərbaycan Ordusunun zərbələrinə tab gətirə bilməz. Bunu ermənilər dördgünlük Aprel döyüşlərində görüb əmin olublar. Ona görə də köpək araba kölgəsində yatdığı kimi himayəsində olduqları dövlətlərin ətəklərindən bərk yapışıblar. Ancaq hər şeyin bir sonu olduğu kimi, bunun da sonu gələcək və onda Ermənistan Azərbaycan torpaqlarında törətdikləri cinayətlərin əvəzini ödəməli olacaqdır.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...