KÖŞƏ

Vəli İlyasov

Yasa batmış yapalaq antimilli ünsürlər...

15 yanvar 2021 15:07
583

Bunlar barmaqla sayılacaq qədər az, lakin içləri kin və nifrətlə dolu iddialı adamlardır. Xalqın ağır günlərində bayram etmək, bayramlarında isə yasa batmaq onların özəl xislətləridir. Yəqin dərhal anlaşıldı ki, söhbət Azərbaycanda doğulub onun çörəyini yeyən, suyunu içən və tufeyli həyatı keçirən bir qrup şəkkak müxalifətçidən gedir. Əslində bunlar müxalifətçi deyillər, adlarını müxalifətçi qoymuş bir dəstə pulla satın alınan satqın zümrədir.

Heç kəsin yadından çıxmayıb ki, müharibə gedən 44 gün ərzində onlar marığa yatıb Azərbaycanın məğlub olacağını gözləyir və arzulayırdılar. Ancaq gözlədiklərinin əksini görəndə sarsılıb özlərini itirdilər və cınqırları belə çıxmadı. Yalnız iki ay keçəndən sonra birtəhər özlərinə gəlib müzəffər ordumuzun, xalqımızın və dövlətimizin rəhbərinin birgə qələbəsini təftiş etməyə başladılar.  Köhnə cır səslər yenidən eşidildi. Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Sevinc Osmanqızı, Orduxan Teymurxan və bir neçə bu tipli adamlar işğalçı Ermənistan üzərində böyük qələbəmizi kiçiltməyə girişdilər.

Dünyanın superdövlətləri Azərbaycanın yeni müharibə aparmaq taktikasını təqdir edib öz ordularında bunun öyrənilməsi məsələsini qoyanda bizim yapalaq müxalifətimiz böhtan və çamur atmaqla məşğul olurlar. Elə qərəzlə ağ yalan danışırlar ki, düşünürsən soyadlarının sonunda yan çatışmır.

Əli Kərimli qısqanclıqla və həsədlə söyləyir ki, biz 1992-ci ildə Xankəndinin 9 kilometrliyinə çatmışdıq. Bəs sonra nə oldu?  Qarabağı ermənilərə verib niyə geri çəkildiniz? İstər Əli Kərimli, istər Pənah Hüseyn, istərsə də İsa Qəmbər və Arif Hacılı bu suallara saysız-hesabsız cavablar verə bilərlər, ancaq əsl həqiqəti gizlətməyə çalışırlar. O zaman bu adamlar dövlətin yüksək postlarını tutublar, minlərlə qeyrətli oğullarımızın şəhid olmasında, 30 mindən artıq döyüşçümüzün isə yaralanıb şikəst olmasında, üstəgəl Qarabağın erməni tapdağına düşməsində günahları var. Azərbaycanın o müharibədən məğlub surətdə çıxmasının birbaşa günahkarları olan bu şəxslərin danışmağa gərək dilləri olmasın. O vaxt xalqın birliyini təmin edə bilməyən fərsiz AXC-Müsavat rəhbərləri ordu yaratmağı, onu müasir silahlarla, zirehli texnika və artilleriya ilə təmin etməyi xəyallarına belə gətirmirdilər. Birinci Qarabağ müharibəsinin şəhidlərinə, qazilərinə və iştirakçılarına yalnız dildə qayğı göstərən AXC-Müsavat cütlüyünün başbilənlərinin ağızlarına çullu dovşan sığışmır, guya indi bu qəbildən olanların haqlarını tələb edirlər. Bu isə riyakarlıqdan başqa heç nə deyil. Əli Kərimli və digər yapalağa bənzərlər unudublar ki, I Qarabağ müharibəsinin bir çox döyüşçüləri erməni işğalçılarına qarşı vuruşduqlarını sübut edə bilmirdilər, veteran sənədi almaq üçün onlardan rüşvət alınır və ya fərari kimi həbs edilirdilər. Özündənbəylərin batalyonları kənd və rayonları müqavimət belə göstərmədən  müdafiəsiz qoyub geri çəkilirdilər. İndi Ermənistan silahlı qüvvələrini darmadağın edərək Qarabağı azad edənlərə qarşı çıxmaq nə deməkdir? Bu, düşmən mövqeyi deyil, bəs nədir? Təəssüf ki, Qənimət Zahidin suallarına cavab verən Əli Kərimli bildirir ki, o, tutduğu yoldan dönən deyil. O, hələ də başa düşmək istəmir ki, beş-on nəfərlə on milyona qarşı çıxmaq mənasız iş və ağılsızlıqdır. Bunu bilirsə və şüurlu surətdə düşmən dəyirmanına su tökürsə, onda heç olmasa xalqın adından danışmasın. Oynamaq yaxşı olduğu kimi, utanmaq da yaxşı şeydir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?