01 iyul 2024 00:32
161

“Exit-poll”: Fransa seçkilərində ifrat sağçılar birinci turda qalib gəlib

“Exit-poll”un Fransada keçirilən parlament seçkilərinin ilk turunda Marin Le Penin ifrat sağçı sağçı Milli Birlik (RN) partiyası qalib gəlib.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, yekun nəticə gələn həftə keçiriləcək ikinci turdan sonra məlumat olacaq.

“İpsos”, “Ifop”, “OpinionWay” və “Elabe”nin keçirilən sorğuların nəticələrinə görə, RN səslərin təxminən 34%-ni qazanıb. Prezident Emmanuel Makronun rəhbərlik etdiyi mərkəzçi prezident koalisiyası səslərin 20,5%-23%-ni, solçu koalisiya olan Yeni Xalq Cəbhəsinin (NFP) isə səslərin təxminən 29%-ni qazanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”