Fələstinin HƏMAS hərəkatı tərəfindən azad edilmiş iki israilli əsir hərbçilərin müşayiəti ilə İsrail ərazisinə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Ordusunun və Ümumi Təhlükəsizlik Xidmətinin xidmətçilərinin müşayiəti altında geri qaytarılmış iki əsir sərhədi keçib və artıq İsrail ərazisindədirlər. İndi onlar İsrailin cənubunda ilkin görüş nöqtəsinə yollanırlar – orada öz ailə üzvləri ilə görüşəcəklər”, - deyə bəyanatda deyilir.
Ümumilikdə gün ərzində əlavə dörd əsirin də HƏMAS tərəfindən azad edilməsi planlaşdırılır. Bunun qarşılığında İsrail tərəfi 600 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.