Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Nurəddin Muğanlı

Bizim ən güclü silahımız Vətən sevgisidir

28 sentyabr 2020 17:54
577

Bu gün böyükdən-kiçiyə hər bir azərbaycanlının qəlbinə hakim olan vətənpərvərlik ruhu xalqımızın düşmən üzərində qəlbəsinə inamını gücləndirir və  Silahlı Qüvvələrimizdə məğlubedilməzlik hissi yaradır

27 sentyabr  müstəqil Azərbaycanımızın hərb tarixinə  qızıl hərflərlə yazıldı.  Erməni faşistlərinin  növbəti dəfə mülki vətəndaşlarımızı hədəfə almasına, eləcə də təmas xətti boyunca erməni təxribatına cavab olaraq  ordumuzun əks-həmləsi xeyirin şər üzərində qələbəsinə gedən yolun başlanğıcı oldu. Bu yol Azərbaycan Ordusunu daha  möhtəşəm qələbələrə aparacaq.

Ötən bazar günü  başlanan  və bu  gün davam edən müharibə  Azərbaycan xalqının  seçimi deyil.  Otuz ilə yaxın davam edən münaqişəni sülh yolu ilə həll edilməsi ilə bağlı dövlətimizn göstərdiyi səylərə, xüsusilə beynəlxalq qurumlara ünvanladığı saysız-hesabsız bəyanatlara, müraciətlərə ədalətsiz  yanaşmalar fonunda Ermənistan silahlı qüvvələrinin  dinc əhaliyə qarşı vəhşiliyi Milli Ordumuzu yenidən müharibəyə cəlb etdi.  Dünya ictimaiyyəti  yaxşı bilir ki,  müharibə Azərbaycanın işğal olunmuş  ərazilərində gedir. Təbii  ki,  otuz il dünyadan haqq- ədalət gözləyən  Azərbaycana   beynəlxalq qurumların  deyəsi  heç bir  sözü yoxdur! Yer kürəsində Azərbaycan  kimi  qüdrətli,  nefti, dənizi, güclü  ordusu  olan ölkə  şübhəsiz, mülki əhalisinin düşmən təcavüzünə məruz qalmasına sonsuzluğa qədər dözə bilməzdi.   O  Azərbaycan ki,  şairləri, yazıçıları Vətən  haqqında digər xalqların qələm adamlarından da çoxlu əsərlər yazıblar, bəstəkarları da vətənpərvərlik ruhunda  mahnılar bəstələyiblər.  O Azərbaycan ki,  heç vaxt dünyadan  işığını, nurunu, bir sözlə, xeyirxahlığını əsirgəməyib.  Amma  dünya birliyi   Odlar Yurdunun dənizin dibində sərvətlərini görsə də, 30 ilə yaxındır torpağının üstündə Qarabağ dərdini, itkisini  “görmür.”  Xocalı harayını “eşitməyən” beynəlxalq aləm  bu  il  pandemiya dünyanı caynağına aldığı dövrdə  dəfələrlə Azərbaycanın sərhədlərində düşmənin  mülki əhaliyə qarşı törətdiyi təxribat və  təcavüzə  etirazını bildirmədi.   Bu da işğalçı  Ermənistana beynəlxalq hüquq normalarına məhəl qoymadan ölkəmizə qarşı  təcavüzkarlıq siyasətini davam etməyə,  şou xarakterli bəyanatlar səsləndirməyə fürsət verdi. Dünən  bir neçə dəfə Rusiyanın  telekanallarında Paşinyanın  qorxaq tülkü kimi quyruğunu qısıb  oturmuş halda görüntüləri yayımlanırdı. O, böyük həyacan içində  ondan-bundan kömək dilənirdi.

İndi Azərbaycan iki cəbhədə  düşmənlə mübarizə aparır: bəşəriyyətin   gözəgörünməz düşməni adlanan koronavirus pandemiyası   və mülki əhaliyə iriçaplı silahlardan atəş açan erməni faşizmi ilə. Odur ki, belə   bir şəraitdə  biz hamımız Vətən sevgisi  ilə silahlanmalı, Milli Ordumuzla   həmrəy olduğumuzu, dövlətimizin haqq işini dəstəklədiyimizi nümayiş etdirməliyik. Konstitusiyamızda da dövlətin mənafeyini qorumaq, nüfuzunun möhkəmlənməsinə xidmət etmək Azərbaycan vətəndaşlarının vəzifəsi kimi aydın göstərilib. Bu gün gənclərin milli ruhda tərbiyəsi, onlara vətənpərvərlik və milli mənlik şüurunun aşılanması aktual məsələdir. Bu sahədə tədris ocaqlarının, valideynlərin, ictimai rəyə təsir gücünə malik KİV-in əvəzsiz rolu var.

Vətən tarixini, vətənpərvərliyi aşılamaq, bu mövzuda  Azərbaycan TV-lərində,  radiosinda  verilişlərin sayını artırmaq indi daha vacibdir. Qəlbində vətənpərvərlik ruhu hakim olan  döyüşçülərimizin qarşısında isə ən  hiyləgər  düşmən belə tab gətirə bilməz.  Vətənə  xidmət böyük məktəbdir. Bu gün Milli Ordumuzda Vətən sevgisini və yurd uğrunda son nəfəsədək döyüşmək əzmini özünə örnək bilənlər daha çoxdur.Bu ruhu daşıyan əsgər və zabitlərimizin çoxu   Qarabağ müharibəsi ilə həmyaşdırlar.  Son iki gündə Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan,  üçrəngli bayrağımızı uca tutan cəsur oğullarımızın doğma torpaqlarını azad etmək uğrunda fədakarlığının şahidi oluruq. Bu  gün Azərbaycan Ordusunun sıralarında yüzlərlə  igid əsgər və zabit var ki, yaxın tarixdə  onların imzasına şahid olacağıq.

İndi seçim Ermənistanındır: ya xoşluqla işğal altında saxladığı Azərbaycan ərazilərindən rədd olub getməli,  ya da Azərbaycan Ordusunun Dağlıq Qarabağa və zəbt olunmuş digər ərazilərə edəcəyi zəfər yürüşünə hazır olmalıdır. Sonuncu seçimin ermənilər üçün əsl fəlakət olacağını düşmənin  özü də yaxşı başa düşür. Çünki ordumuzun döyüşün taleyini həll edəcək istənilən parametr üzrə Ermənistan silahlı qüvvələrindən dəfələrlə üstün olduğunu bilir. Düşmən onu da yaxşı dərk edir ki, özünü mənəvi-psixoloji hazırlıq, döyüş ruhu, maddi-texniki təminat, şəxsi heyətin say tərkibi baxımından qüdrətli azərbaycan Ordusu ilə heç müqayisə edə bilməz. Çünki fərq nisbəti, peşəkarlıq  dəfələrlə böyükdür. Azərbaycan xalqının isə öz ordusuna güvəni, inamı, etibarı, etimadı tamdır.  Xalqımız  əmindir ki, Vətən sevgisi ilə silahlanmış  igid əsgərlərimiz əzəli Azərbaycan torpaqlarını  düşmənlərdən azad  edəcək. Qəhrəmanları olmayan xalqın qələbəsi olmur!

Türk  müsəlman xalqına  sonsuz nifrəti  gec-tez   erməni faşistlələrini  ağılsız duruma salacaq. Onlar   da Hitler Almaniyası  kimi  məğlubiyyətin acısını  dadacaqlar.  Azərbaycan  Ordusunun döyüş əzmi sayəsində çatacağımız Qələbə  günü uzaqda deyil. Allah ordumuzu tezliklə müzəffər etsin.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?