KÖŞƏ

Taleh Bağırov

“Ssenaristin” “Daş yuxulara”a bənzəyən kinosu

29 may 2018 23:31
4034

Bir müddət əvvəl yazıçı Əkrəm Naibovun “Daş yuxular” adlı romanının cəmiyyətimizdə haqlı olaraq ciddi qınaqla qarşılanması yəqin ki, heç vaxt yaddaşlardan silinməyəcək. Buna da səbəb əsərdə azərbaycanlıların aşağılanması, təhqir olunması, ermənilərin isə sülhsevər, mədəni millət kimi göstərilməsi idi. Bu əsər qələmə alınana qədər Əkrəm Naibovun oxucuları arasında müəyyən hörməti var idi. Lakin əsərdən sonra Ə. Naibov xalqın ona hörmətini heç yuxusunda belə görə bilməyəcək. Nə isə, bu yazıdakı mövzumuz sözügedən yazıçı deyil, onun yolu ilə gedən “ssenarist” Rüstəm İbrahimbəyovdur.

Bəli, xalqımıza qarşı növbəti xəyanət məhz bu “kinoçu” tərəfindən edildi. Əylislinin “yuxuları”ndan sonra indi də Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi cəmiyyətdə ciddi rezonans doğurdu və ölkə ictimaiyyəti bu “ssenaristin” də simasının Əkrəmin simasından fərqlənmədiyinin şahidi oldu. İbrahimbəyov illərlə öz içində saxladığı və bu xalqa qarşı bəslədiyi kinini son dərəcə çılpaqlığı ilə ortaya qoydu. Doğrudur, İbrahimbəyovun ssenarisi ilə çəkilən filmlərin əksəriyyətində Azərbaycan cəmiyyəti eyiblərlə dolu bir cəmiyyət kimi təqdim edilib. Məsələn, “Bir cənub şəhərində” filmində Azərbaycan gəncliyini küçədə avara kimi qələmə verən “kinosenaristin” elə əvvəldən də bu xalqa qarşı kini, onu aşağılamaq cəhdləri olub. Nəinki bu xalqa, hətta türk millətinə olan antipatiyası da gizli olmayıb. “Səhranın bəyaz günəşi” filmində də türk əsilli Abdullanı qorxaq kimi təqdim etməsi sadalananları təsdiq edir.

Özünü bu millətin, xalqın nümayəndəsi hesab edən heç bir şəxs belə bir iş tutmaz. Bu səbəbdən də çox maraqlıdır, R.İbrahimbəyov bu biabırçılıqdan sonra özünü  yenə bə bu millətin, bu xalqın nümayəndəsi hesab edirmi? Yoxsa R. İbrahimbəyovu üzdəniraq işğalçı qonşularımızla birləşdirən hansısa qohumluq əlaqələri var? Əgər elə deyilsə o halda ermənilərə olan bu sevgi haradan qaynaqlanır? Azərbaycan xalqını qəddar, yalançı, mədəniyyətsiz, milli kökləri olmayan, erməniləri isə kübar, “vəhşi türkün qurbanı” olan mədəni xalq kimi təqdim edən kinoşu riyakarcasına erməni maraqlarını müdafiə etməklə bir daha damarlarından erməni qanı axdığını sübut edir. Təbii ki, bu, ilk dəfə deyil və çox ehtimal son da olmayacaq. Lakin fakt odur ki, R. İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi Əkrəm Naibovun “Daş yuxular”ı kimi xalqımıza qarşı xəyanətin növbəti sübutu olaraq arxivdə qalacaq.